İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
Bakı,15 oktyabr, AZƏRTAC
Bakıda "Azərbaycanın Müdafiə Nazirliyi ilə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, "Axtarış və xilasetmə sahəsində ekspert görüşü” keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə iştirak etmək üçün İtaliya Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu ölkəmizə səfər edib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edərək, silahlanmada olan aviasiya vasitələri, uçuş avadanlıqları, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti və xidmət şəraiti ilə tanış olublar.