Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Naxçıvan şəhərində Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev dövlət başçısının qurultaydakı çıxışının Azərbaycanın keçdiyi inkişaf yolunu, qazandığı nailiyyətləri və qarşıda duran strateji vəzifələri əhatə etdiyini bildirib. O, Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı müəyyənləşdirilən inkişaf istiqamətlərinə, şəhərdə həyata keçirilən infrastruktur və sosial layihələrə toxunub. Qeyd olunub ki, Naxçıvan şəhərində cari ilin yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışı 562 milyon manat təşkil edib, əsas kapitala yönəldilən investisiyalar 37,1 faiz, tikinti-quraşdırma işlərinin həcmi isə 48,7 faiz artıb. Anar Babayev iqtisadi inkişafla yanaşı, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinin, təbliğat və maarifləndirmə işinin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə ailə, məktəb, yerli idarəetmə orqanları və ictimaiyyət arasında əməkdaşlıq gücləndirilməli, xüsusilə gənclərin informasiya mühitində qarşılaşdıqları risklərə qarşı maarifləndirilməsi diqqətdə saxlanılmalıdır.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxışında Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunmasının tarixi əhəmiyyətindən danışıb. O, mürəkkəb siyasi şəraitdə yaradılan partiyanın Azərbaycanın müstəqilliyinin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və milli inkişaf strategiyasının formalaşmasında rolunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin, dövlətçilik ənənələrinin gənc nəslə aşılanmasının, elmin və təhsilin inkişafının vacibliyini vurğulayıb. Akademik müasir dövrdə informasiya və kibertəhlükəsizliyin gücləndirilməsinin, gənclərin milli maraqlar və dövlətçilik prinsipləri əsasında maarifləndirilməsinin də mühüm vəzifələrdən olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzinin dekan müavini gənc tədqiqatçı Təbrizə Bağırova çıxışında müasir informasiya mühitində dezinformasiya və manipulyasiyalara qarşı mübarizənin əhəmiyyətinə toxunub. O, gənclərin rəqəmsal və informasiya savadlılığının artırılmasının, tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsinin, milli dəyərlərə bağlılıq və vətəndaş məsuliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Müşavirəyə yekun vuran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının ölkənin siyasi, iqtisadi və təhlükəsizlik prioritetlərini müəyyənləşdirdiyini bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və iqtisadi potensialının artmasına imkan yaradıb.

Səlahiyyətli nümayəndə Azərbaycanın enerji, nəqliyyat, sosial siyasət və maliyyə dayanıqlığı sahələrində əldə etdiyi nəticələrə toxunub. Bildirib ki, ölkənin təsdiqlənmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir, Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb və onların 10-u Avropa İttifaqının üzvüdür.

İqtisadiyyata beynəlxalq etimadın mühüm göstəricilərindən birinin “Moody’s” və “Fitch” beynəlxalq reytinq agentliklərinin Azərbaycana investisiya dərəcəli reytinqlər verməsi olduğunu diqqətə çatdıran Ceyhun Cəlilov iki beynəlxalq investisiya forumu çərçivəsində, əsasən birbaşa xarici investisiyalar hesabına 20 milyard ABŞ dollarından çox sərmayənin cəlb edildiyini bildirib. Qeyd olunub ki, bu, ölkədə iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nəqliyyat və logistika sahəsində qarşıda duran hədəflərə toxunan səlahiyyətli nümayəndə cari ildə tranzit yük həcminin 16 milyon tona çatmasının gözlənildiyini, ortamüddətli hədəfin isə bu göstəricini 30 milyon tona yüksəltmək olduğunu bildirib. Zəngəzur dəhlizinin 15 milyon tonluq potensialının həmin hədəfə çatmağa əhəmiyyətli töhfə verə biləcəyini vurğulayıb. Yeni nəqliyyat bağlantılarının Azərbaycanın regional tranzit mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrin iqtisadi fəallığının artmasına da şərait yaradacağı qeyd olunub.

Ceyhun Cəlilov, həmçinin son yeddi ildə həyata keçirilən beş sosial paketin 4 milyon nəfəri əhatə etdiyini, bu məqsədlə 7,6 milyard manat vəsait yönəldildiyini diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 28 milyard manat vəsaitin ayrıldığını, həmin ərazilərdə 48 yaşayış məntəqəsində 96 min nəfərin yaşadığını, işlədiyini və təhsil aldığını qeyd edib.

Naxçıvanın sosial-iqtisadi inkişafına dair göstəriciləri diqqətə çatdıran səlahiyyətli nümayəndə cari dövrdə muxtar respublikada ümumi daxili məhsulun 3,5 faiz artdığını, sənaye məhsulu istehsalının 7,2 faiz artaraq 412 milyon manata, kənd təsərrüfatı məhsulu istehsalının isə 4,7 faiz artaraq 319 milyon manata çatdığını bildirib. Əsas kapitala investisiyaların 37 faiz artaraq 238 milyon manat təşkil etdiyini, qeyri-dövlət sektoru üzrə investisiyaların 43 faiz artaraq 137 milyon manata, məhsul istehsalı sahələrinə yönəldilən investisiyaların isə 2,3 dəfə artaraq 116 milyon manata çatdığını vurğulayıb. Əhalinin bank əmanətlərinin 46 faiz artaraq 48 milyon manata, pərakəndə ticarət dövriyyəsinin 1,14 milyard manata, xarici ticarət dövriyyəsinin isə 156 milyon ABŞ dollarına yüksəlməsi iqtisadi fəallığın göstəriciləri kimi qeyd olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər Dövlət Proqramı, Naxçıvan Sənaye Parkının yaradılması, enerji və su təchizatı infrastrukturunun yenilənməsi, istehsal və emal sahələrinin genişləndirilməsi, turizmin inkişafı yeni imkanlar yaradır. Əsas məqsəd bu imkanları konkret layihələrə, yeni iş yerlərinə, dayanıqlı məşğulluğa və əhalinin rifahının yüksəldilməsinə çevirməkdir.

Ceyhun Cəlilov milli təhlükəsizlik məsələlərinin də daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Prezidentin qurultaydakı çıxışında müdafiə və təhlükəsizlik məqsədləri üçün 2027-ci ilin dövlət büdcəsində 9 milyard manata yaxın vəsait nəzərdə tutulmasına toxunaraq bildirib ki, güclü ordu, müasir müdafiə imkanları və yüksək hazırlıq səviyyəsi müstəqilliyimizin etibarlı təminatıdır. Bununla yanaşı, müasir dövrdə ideoloji təhlükəsizlik, kibertəhlükəsizlik və cəmiyyətin dezinformasiya təsirlərinə qarşı dayanıqlılığı da xüsusi əhəmiyyət daşıyır.

Səlahiyyətli nümayəndə təbliğat və maarifləndirmə işinin formal tədbirlərlə məhdudlaşmamalı, real faktlara və cəmiyyətin ehtiyaclarına əsaslanmalı olduğunu bildirib. Dövlət siyasəti, tarixi həqiqətlər və ölkənin inkişaf göstəriciləri ictimaiyyətə aydın və əsaslandırılmış şəkildə çatdırılmalı, təhsil müəssisələrində şagird və tələbələrin informasiya savadlılığının artırılmasına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir.

Qeyd olunub ki, yerli icra nümayəndəlikləri, bələdiyyələr, təhsil müəssisələri, ziyalılar və ictimaiyyət nümayəndələri bu işdə fəal iştirak etməli, əhali ilə müntəzəm görüşlər keçirilməli, vətəndaşların müraciət və qayğılarına həssas yanaşılmalıdır. İnformasiya və ideoloji təhdidlərin qarşısının alınması məqsədilə aidiyyəti qurumlar arasında əməkdaşlıq gücləndirilməli, profilaktik və maarifləndirici tədbirlər ardıcıl şəkildə həyata keçirilməlidir.

Ceyhun Cəlilov qarşıya qoyulan vəzifələrin icrasında dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin, ayrılmış vəsaitlərdən səmərəli istifadə olunmasının və görülən işlərin konkret nəticələrlə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Müşavirədə Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi, Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, milli təhlükəsizliyin və ideoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də əhali arasında təbliğat və maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Müxbir - Nail Əsgərov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq