Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
İraq ərazisindən Səudiyyə Ərəbistanına və region dövlətlərinə qarşı hücumlar üçün istifadə edilməsinə icazə verilməyəcək.
AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla xəbər verir ki, bunu İraqın Baş naziri Əli Faleh əl-Zeydi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşündə bildirib.
Qeyd olunur ki, tərəflər regionda baş verən hadisələri, Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində səylərin əlaqələndirilməsini müzakirə ediblər.
Əli Faleh əl-Zeydi Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumları, eləcə də münaqişələr zamanı mülki şəxslərin və mülki obyektlərin hədəfə alınmasını pisləyib. O, bu cür hadisələrin regional təhlükəsizlik və sabitliyə təhdid yaratdığını vurğulayıb.
Baş nazir İraqın mövqeyinin qonşu ölkələrin təhlükəsizliyinə və suverenliyinə hörmət, yaxşı qonşuluq prinsiplərinə riayət üzərində qurulduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]