İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
Bakı, 14 oktyabr, AZƏRTAC
On beş il əvvəl bu gün - oktyabrın 14-də Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” komandası Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, həmin vaxt serbiyalı mütəxəssis Zoran Qayiçin baş məşqçisi olduğu kollektiv 2011-ci ildə oktyabrın 8-14-də keçirilmiş turnirin B qrupunda Dominikan Respublikasının "Mirador" (3:1) və Braziliyanın "Solis Nestle" (3:2) klublarını məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib. Yarımfinalda Bakı təmsilçisi ev sahibi Qətərin "Kenya Puorts Atoriti" klubunu 3:0 hesabı ilə üstələyərək adını finala yazdırıb. "Rabitə" oktyabrın 14-də keçirilən həlledici matçda isə Türkiyə nəhəngi "Vakıfbank TT" kollektivinə şans tanımayıb. Rəqibini 3:0 hesabı ilə darmadağın edən təmsilçimiz klublararası dünya çempionatının qızıl medallarına yiyələnib.
Turnirin yekununda "Rabitə"nin voleybolçuları bir neçə fərdi mükafata da layiq görülüblər. Xorvatiyalı Nataşa Osmokroviç final matçının və turnirin ən məhsuldar və dəyərli oyunçusu (MVP) seçilib. Tailandlı Nutsara Tomkoma isə ən yaxşı servis müəllifi mükafatı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]