Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Qlobal neft tələbatı cari ilin dördüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 2,5 milyon barel, bütün il ərzində isə orta hesabla sutkada 2,6 milyon barel azalacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
IEA-ya görə, qlobal neft tələbatının bu il gündə orta hesabla 102 milyon 377 min barelə düşəcəyi gözlənilir.
Qlobal neft tələbatının 2027-ci ildə qismən - 2 milyon barel bərpa olunaraq gündəlik 104 milyon 377 min barelə yüksələcəyi nəzərdə tutulur. Buna baxmayaraq, gələn il qlobal neft istehlakının 2025-ci il səviyyəsindən gündəlik 620 min barel aşağıda qalacağı proqnozlaşdırılır. Beləliklə, gələn il üçün qlobal neft tələbatının təxminən 104 milyon 400 min barelə çatacağı təxmin edilir.
Bundan başqa, qlobal neft tələbatının azalmasının əsas səbəbləri İran müharibəsi səbəbindən neft məhsullarına çıxışın məhdudlaşdırılması, yanacaq qiymətlərinin sürətlə artması və iqtisadi proqnozların pisləşməsi kimi göstərilir. Hesabatda tələbatın azalmasının təxminən 25 faizinin dizel yanacağının istehlakının azalması ilə bağlı olacağı gözlənilir.