Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Futzal üzrə Azərbaycan millisi oktyabrın 16-da dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, səfərdə Çexiya yığması ilə qarşılaşacaq yığmaya yalnız 2 komandadan – “Neftçi” və “Araz-Naxçıvan”dan ümumilikdə 14 futzalçı dəvət olunub.
Azərbaycan millisinin heyəti:
Fərid Atakişiyev, Kamran Hacıyev, Nihad İsmayılov, Emil Həsənzadə, Tofiq Əliyev (hamısı “Neftçi”), Emin Kürdov, Murad Quluzadə, Kənan Manafov, Oktay Rüstəmli, Ədalət Ələkbərov, Nurlan Məmmədov, Eldar Zeynalov, Novruz Kazixanov, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”).
Qeyd edək ki, Fridek-Mistek şəhərində yerləşən “Hala Polarka” idman arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]