Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir
Bakı, 14 oktyabr, AZƏRTAC
Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Thanongsinh Kanlagna Laosun sənaye ticarət nazirinin müavini Manothong Vangsay, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov və digər rəsmi şəxslər iştirak edirlər.
Forumda çıxış edən A. Axundov Azərbaycanın iqtisadiyyatı, idxal və ixrac potensialı, vergi sistemi, Orta Dəhlizin əhəmiyyəti və başqa məsələlər barəsində ətraflı məlumat verdi.