Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır
Bakı, 14 oktyabr, AZƏRTAC
Bu səfərim zamanı Bakıda üçüncü mühazirə və seminarımı keçirirəm. İki gün əvvəl burada çıxış etmişdim, dünən isə Azərbaycan Milli Elmlər Akademiyasında çıxış etdim. Bu, mənim üçün hədsiz dərəcədə maraqlı təcrübə oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində Polşa Elmlər Akademiyasının üzvü, London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe deyib.
O, təqdim edəcəyi məruzəyə toxunaraq bildirib: "Biz süni intellektə çox vaxt qeyri-adi bir sehr və ya fövqəladə hadisə kimi baxmağa öyrəşmişik. Mən isə bu anlayışı hamımızın asanlıqla başa düşə biləcəyi və artıq narahatlıq doğurmayan təməl, sadə prinsiplərə endirmək niyyətindəyəm".
Professor hər hansı bir texnologiyanın cəmiyyətə təsir göstərdikcə – istər təhlükəsizlik məsələlərində, istər məlumatlara çıxışda, istərsə də informasiya və proqramlaşdırma sistemlərinin idarə olunmasında – onun müxtəlif əlavə təsirlərinin meydana çıxdığını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:22]
Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
- 14.10.2026 [10:45]
UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb
- 14.10.2026 [10:42]
Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır
- 14.10.2026 [10:07]
Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]