Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir. Xəzər İnşaat Həftəsinin və 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı” -“Rebuild Garabagh” sərgisinin mütəmadi keçirilməsi ölkədə quruculuq və şəhərsalma sahəsinə göstərilən diqqətin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib.
O, bu il görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyinin və Azərbaycan Memarlar İttifaqının yaradılmasının 90 illiyinin qeyd olunduğunu da xatırladıb.
“2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, may ayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirilməsi ölkədə bu sahəyə verilən önəmi göstərir. Bütün bunlar ölkədə yaradıcılığa və quruculuğa olan münasibətin təzahürüdür”,- deyə o qeyd edib.