Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 13-də keçirilən hərracda 155 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda start qiyməti 5000 manat olan “Hyundai Sonata” markalı avtomobil 9000 manata, ilkin qiyməti 4000 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 7800 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 20 və 27 oktyabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az saytlarından seçim edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:58]
Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb
- 14.10.2026 [11:57]
® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
- 14.10.2026 [11:37]