Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Yaponiya Sahil Mühafizəsi dəniz canlılarının qanunsuz ovlanması ilə mübarizə aparmaq üçün süni intellektlə işləyən dronların istifadəsini araşdırır.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, layihə Kanto Qakuin Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bildirilib ki, məqsəd qanunsuz dəniz canlıları ovuna qarşı daha səmərəli mübarizə aparmaqdır.
Sahil Mühafizəsinin məlumatına görə, prefekturanın sahil ərazisində brakonyerlik halları artıb.