Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır
Bakı, 14 oktyabr, AZƏRTAC
Qrenlandiyada tezliklə genişmiqyaslı neft, qaz və mineral kəşfiyyatı başlayacaq.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social” sosial platformasında yazıb.
O bildirib: “Gözəl, yeni Qrenlandiyamızda genişmiqyaslı neft, qaz və mineral kəşfiyyatı başlayacaq!”. ABŞ Prezidentinin sözlərinə görə, orada asanlıqla əldə edilə bilən neftin həcminin dünyanın demək olar ki, hər hansı bir yerindən daha çox olduğunu deyən mütəxəssislər var.
Prezident, həmçinin bildirib ki, Qrenlandiya ABŞ və Avropanın təhlükəsizliyi üçün çox vacibdir, çünki onun üzərindən istənilən dron, raket və ya digər silahlar ələ keçirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:51]
Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]