Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Yaponiyanın 36 yerli idarəetmə orqanı şəxsi məlumatların sızması təhlükəsi səbəbindən fövqəladə məlumatlandırma xidmətlərini dayandırıb.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, buna xidmət təminatçısı “Arcadia Inc.” şirkətinin sisteminə icazəsiz giriş aşkarlanması səbəb olub. Şirkət təxminən 3,14 milyon sakinin ünvan məlumatlarının ələ keçirilmiş ola biləcəyindən şübhələnir. Sentyabrın sonunadək ölkədə 875 yerli idarəetmə orqanı şirkətin xidmətlərindən istifadə edib.
Fövqəladə məlumatlandırmanı elektron poçt, telefon və digər vasitələrlə ötürən sistemin nə vaxt bərpa olunacağı hələlik məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]
Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
- 14.10.2026 [11:47]