Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
“Sabah” – “Slaviya Praqa” oyunundan (2:0) əvvəl də komandalar stadionda məşq etmişdilər və meydanla bağlı hər hansı narazılıq ifadə olunmamışdı. Hətta ot örtüyünün yaxşı vəziyyətdə olduğu bildirilmişdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Olimpiya Stadionunun İctimaiyyətlə Əlaqələr və tədbirlərin təşkili şöbəsinin rəhbəri Firuz Abdulla deyib.
O, bildirib ki, Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra da ot örtüyü ilə bağlı hər hansı irad səsləndirilməyib.
Firuz Abdullanın sözlərinə görə, təbii ot örtüyü mütəmadi qulluq tələb etdiyi üçün onun yaxşı vəziyyətdə saxlanılması məqsədilə bundan sonra da lazımi işlər görüləcək.
Qeyd edək ki, “Sabah” növbəti turda Bakı Olimpiya Stadionunda Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq. Görüş oktyabrın 20-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]