Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib
Bakı, 14 oktyabr, AZƏRTAC
2032-ci ilə qədər Azərbaycanda təxminən 8 giqavat Günəş və külək enerjisi gücünün yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov lll Milli Rəqabət Forumunda deyib.
Nazir bildirib ki, ölkədə layihələrin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib.
“2024-cü ildə COP29 çərçivəsində keçirilən Azərbaycanın ilk bərpaolunan enerji hərracının qalibi olan Çinin "Universal International Holdings Limited" şirkəti tərəfindən inşa edilən 100 meqavat gücündə "Qobustan" Günəş elektrik stansiyası bu yaxınlarda istifadəyə verilib. 2028-ci ildən bərpaolunan enerjinin inkişafının növbəti mərhələsində də rəqabətli hərracların keçirilməsi planlaşdırılıb”, - deyə nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:58]
Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb
- 14.10.2026 [11:57]
® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
- 14.10.2026 [11:37]