Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir
Bakı, 14 oktyabr, AZƏRTAC
Biz ADA Universiteti və regionun digər ali təhsil müəssisələri ilə əməkdaşlığa böyük önəm veririk. Bu vacib sahədə səylərimizi gücləndirmək üçün bu il universitetimizdə Kompüter Elmləri və Süni İntellekt Məktəbini təsis etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun direktoru, professor Hüseyn Atakan Varol deyib.
Bakının küləklər və odlar şəhəri olduğunu xatırladan professor buranı dünyada ən çox sevdiyi məkanlardan biri kimi dəyərləndirib.
"Bu gün AICT2026 konfransında əsas məruzələrdən biri ilə çıxış edirəm. Bu, mənim karyeram üçün çox vacibdir, çünki çıxışım əfsanələr diyarında baş verir", – deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:26]
Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası
- 14.10.2026 [11:22]
Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
- 14.10.2026 [10:45]
UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb
- 14.10.2026 [10:42]