Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb
Bakı, 14 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 21 milyard 190,9 milyon kVt-st olub.
AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu dövrdə İES-lərdə 16 milyard 960 milyon kVt-st, SES-lərdə 2 milyard 767,1 milyon kVt-st, digər mənbələr üzrə isə 1 milyard 463,8 milyon kVt-st, o cümlədən külək elektrik stansiyalarında 768,7 milyon kVt-st, Günəş elektrik stansiyalarında 501,5 milyon kVt-st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,6 milyon kVt-st elektrik enerjisi istehsal edilib.
9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 milyon kVt-st, külək elektrik stansiyalarında 698,4 milyon kVt-st, BMTYZ üzrə isə 10,2 milyon kVt-st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1 milyard 51,9 milyon kVt-st artımla 4 milyard 230,9 milyon kVt-st təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 18 milyon 233,4 milyon kVt-st (İES-lərdə 15 milyard 434,8 milyon kVt-st, SES-lərdə 2 milyard 753,1 milyon kVt-st, GES-lərdə 45,5 milyon kVt-st), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 957,5 milyon kVt-st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kVt-st, idxalı isə 170,6 milyon kVt-st olub.