Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir
Buxarest, 14 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) kritik əhəmiyyətli mineral xammalın tədarükünü şaxələndirmək və Çindən asılılığı azaltmaq məqsədilə Vyetnamla əməkdaşlığı gücləndirməyi nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Agerpres” milli xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, Aİ-nin daxili sənədlərində Vyetnamın volfram, nadir torpaq elementləri, sürmə, vismut və boksit ehtiyatları alternativ təchizat mənbəyi kimi qiymətləndirilir.
Vyetnamın mədənçıxarma və emal sənayesinə maliyyə dəstəyinin göstərilməsi, xüsusilə volfram, vismut, sürmə və titan tədarükünün qorunması və genişləndirilməsi tövsiyə olunur. Volfram və sürmə müdafiə sənayesində də istifadə edilir.
Avropa Komissiyasının nümayəndəsi bildirib ki, qurum Vyetnamla kritik xammal sahəsində konkret əməkdaşlıq imkanlarını qiymətləndirir. Məlumata görə, Vyetnam lideri To Lamın oktyabrın 22-də Aİ rəhbərləri ilə görüşləri gözlənilir, lakin səfər hələ rəsmi elan edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]
Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər
- 14.10.2026 [14:33]