Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın dünyəvi dövlətçilik modeli, tolerantlıq ənənələri və təhsil sistemi ölkənin tarixi inkişafının, milli maarifçilik irsinin və mütərəqqi ziyalı düşüncəsinin nəticəsidir. Bu gün məktəblərdə vahid geyim forması və hicabla bağlı müzakirələrə də Azərbaycanın dünyəvi dövlət prinsipləri, qanunvericiliyin tələbləri və uşaqların təhsil hüququ çərçivəsində yanaşılmalıdır. Belə məsələlərin siyasi qarşıdurma predmetinə çevrilməsi, dini amildən istifadə etməklə cəmiyyətdə gərginlik yaradılması yolverilməzdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.

O qeyd edib ki, Azərbaycanın dünyəvi və tolerant cəmiyyət modelini qəbul etmək istəməyən bəzi dairələrin ölkəmizlə bağlı yanaşmaları tarixi reallıqlara uyğun deyil. Azərbaycanın inkişaf yolunu digər müsəlman ölkələrinin siyasi və ictimai modelləri ilə eyniləşdirmək, ölkəmizin dünyəvi təhsil ənənələrindən imtina etməli olduğunu düşünmək yanlış yanaşmadır. Azərbaycanın iki əsrə yaxın dövrü əhatə edən dünyəvi təhsil və maarifçilik təcrübəsi, Avropa mədəniyyəti ilə qarşılıqlı əlaqələri, elm və incəsənət sahəsində qazandığı nailiyyətlər bu modelin tarixi əsaslarını təşkil edir. Azərbaycanda qadınların təhsili, elmin inkişafı və dünyəvi maarifçilik ideyaları kənardan zorla qəbul etdirilməyib. Bu istiqamətdə mühüm addımlar ölkənin mütərəqqi ziyalıları, maarifçiləri və xeyriyyəçilərinin təşəbbüsləri ilə atılıb. Qızların təhsil alması, qadınların ictimai həyatda fəal iştirakı və elmi biliklərə yiyələnməsi cəmiyyətin inkişafı üçün vacib hesab edilib. Bu baxımdan, Azərbaycanın maarifçilik tarixi milli düşüncənin və ictimai tərəqqi istəyinin mühüm göstəricisidir. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda təhsilin inkişafı, qızlar üçün məktəblərin açılması, teatr və musiqi mədəniyyətinin formalaşması ölkənin Şərqdə bir sıra yeniliklərin önündə getməsinə imkan verib. Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilər qadınların maariflənməsini cəmiyyətin gələcəyi ilə əlaqələndirir, qızların təhsil almasına dəstək göstərirdilər. Bu ənənələr göstərir ki, qadınların təhsili və dünyəvi maarifçilik Azərbaycan cəmiyyətinin öz daxilində formalaşmış mütərəqqi ideyaların nəticəsidir.

İctimai birlik sədri vurğulayıb ki, Azərbaycan öz inkişaf yolunu tarixi təcrübəsinə, milli maraqlarına və cəmiyyətin seçimlərinə əsaslanaraq müəyyən edib. Hər bir dövlətin öz siyasi və ictimai modelini seçmək hüququ var. Lakin başqa ölkələrin daxili işlərinə qarışmaq, onlara kənardan siyasi və ideoloji yanaşmalar diktə etmək qəbuledilməzdir. Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə hörmətlə yanaşılması və ölkənin müstəqil inkişaf yolunun qəbul edilməsi regional münasibətlər baxımından da əhəmiyyətlidir.

Məktəblərdə hicabla bağlı müzakirələrə toxunan E.Cəfərli bildirib ki, məsələnin həllində emosiyalardan deyil, hüquqi normalardan və qüvvədə olan qanunvericiliyin tələblərindən çıxış edilməlidir: “Azərbaycan dünyəvi dövlətdir və təhsil sisteminin əsas məqsədi şagirdlərə keyfiyyətli bilik vermək, onların dünyagörüşünü formalaşdırmaq, müstəqil düşünən və cəmiyyətə faydalı vətəndaşlar yetişdirməkdir. Vahid məktəbli geyimi isə şagirdlər arasında sosial fərqlərin qabardılmaması, bərabərliyin qorunması və təhsil müəssisələrində nizam-intizamın təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Dini etiqad azadlığına hörmətlə yanaşmaqla parelel, təhsil müəssisələrində müəyyən edilmiş qaydaların tətbiqi də təmin olunmalıdır. Bu zaman əsas məqsəd uşaqların təhsil hüququnun qorunması, sağlam və təhlükəsiz təhsil mühitinin yaradılması olmalıdır. Heç bir uşaq dini və ya digər şəxsi seçimlərə görə təhsildən kənarda qalmamalı, eyni zamanda, dini inanclardan siyasi məqsədlər üçün istifadə edilməsinə və məktəblərin ideoloji mübarizə meydanına çevrilməsinə yol verilməməlidir. Belə həssas məsələlərdə hüquqi tələblərin cəmiyyətə aydın izah edilməsi, valideynlər və məktəb rəhbərləri arasında maarifləndirmə işinin gücləndirilməsi vacibdir. Aidiyyəti dövlət qurumlarının vahid və əsaslandırılmış mövqe ortaya qoyması, ictimaiyyətlə açıq dialoqun aparılması yanlış məlumatların yayılmasının və əsassız iddiaların qarşısının alınmasına kömək edə bilər. Azərbaycanın dünyəvi təhsil sisteminin qorunması dini etiqad azadlığına qarşı çıxmaq kimi təqdim edilməməlidir. Əsas məsələ qanunun aliliyini təmin etmək, milli maarifçilik ənənələrinə sadiq qalmaq, uşaqların hüquqlarını qorumaq və təhsil mühitində bərabərliyi təmin etməkdir. Məktəblər elmin, biliyin və sağlam dünyagörüşünün formalaşdığı məkan olmalı, dini və siyasi məqsədlər naminə qarşıdurma platformasına çevrilməməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır VİDEO

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb