Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Futzal üzrə 2028-ci il dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, görüşü Böyük Britaniya təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi ingiltərəli Piter Nörs olacaq. İkinci və üçüncü hakim funksiyalarını, müvafiq olaraq, Valentin Çuplya (Uels) və Dankan Makluliç (Şotlandiya) yerinə yetirəcək.
Çexiyalı Luboş Ruql “timekeeper” kimi iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 16-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]