Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
Sofiya, 14 oktyabr, AZƏRTAC
Bolqarıstan oktyabrın 30-dək NATO-nun aşağı hündürlükdə uçan hava hədəflərinə və pilotsuz uçuş aparatlarına qarşı müdafiə təşəbbüsünə qoşulmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov parlamentdə keçirilən dinləmələr zamanı bildirib.
Nazir qeyd edib ki, təşəbbüsdə iştirakın illik haqqı 220 min avrodur və Müdafiə Nazirliyi bu məbləği qarşılamağın mümkün olduğunu bildirir.
Dimitar Stoyanovun sözlərinə görə, Bolqarıstan “Drone Edge” layihəsində də iştirak edir. Ölkə SAFE mexanizmi çərçivəsində 10 mobil və 10 stasionar olmaqla 20 sistemin alınması üçün 80 milyon avro ayırmağı nəzərdə tutur. Bu istiqamətdə İspaniya ilə birgə satınalma üzrə Anlaşma Memorandumunun imzalanması gözlənilir.
Məsələ Qara dənizdə ticarət gəmilərinə dron hücumları fonunda aktuallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]