Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Avstraliyanın Kvinslend Universitetinin alimləri Parkinson xəstəliyi ilə əlaqəli demensiyanın erkən əlamətlərini aşkar etməyə kömək edən yeni görmə testləri hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, “Neurology” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, yeni testlər görmə məlumatlarının emalındakı pozuntuları müəyyən etməyə imkan verir. Bu pozuntular xəstəliyin digər əlamətlərindən əvvəl ortaya çıxa bilər.
Araşdırma göstərib ki, Levi cisimcikləri ilə əlaqəli demensiyası olan insanlarda görmə problemləri Altsheymer xəstəliyi olanlarla müqayisədə daha qabarıqdır. Həmçinin görmə ilə bağlı çətinliklərlə vizual hallüsinasiyalar arasında əlaqə aşkarlanıb.
Tədqiqatçılar hesab edirlər ki, yeni testlər xəstəliyin daha erkən müəyyənləşdirilməsinə və diaqnozun vaxtında qoyulmasına kömək edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]
Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər
- 14.10.2026 [14:33]