“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Bakı, 14 oktyabr, AZƏRTAC
“Şəki” Elektrik Stansiyasında istismara verildiyi tarixdən cari il oktyabrın 1-dək ümumilikdə 5,6 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hər birinin gücü 8,7 meqavat olan 10 ədəd qaz-porşenli aqreqatdan ibarət stansiyanın ümumi qoyuluş gücü 87 meqavat təşkil edir.
Xatırladaq ki, Şəki rayonunun Göybulaq kəndində inşa olunan modul tipli “Şəki” Elektrik Stansiyası 20 il əvvəl - 2006-cı ilin bu günü istismara verilib.