Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər
Bakı, 14 oktyabr, AZƏRTAC
Hər bir vətəndaş gündəlik həyatda istədiyi kimi geyinməkdə sərbəstdir. Lakin məktəbə gedirsə, təhsil aldığı müəssisənin daxili qaydalarına riayət etməlidir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Kazım Abdullayev bildirib.
Xalq artisti diqqətə çatdırıb ki, Azərbaycan dünyəvi dövlətdir və ölkədə təhsil sistemi də dünyəvilik prinsipləri əsasında fəaliyyət göstərir: “Dövlət orqanlarında, müxtəlif təşkilatlarda və gündəlik həyatda baş örtüyündən istifadə edən şəxslər tam sərbəstdirlər. Lakin məktəb dini eksperimentlər məkanı deyil axı.
Məktəblərə hücum etmək, şüşələri sındırmaq, təhsil müəssisələrini yandırmaq və müəllimlərə təzyiq göstərmək əvəzinə, onlara dəstək olmalıyıq. Gəlin, bir xalq olaraq birlik nümayiş etdirək, dövlətimizin yanında olaq. Düşmənlərimizi sevindirməyək, ölkəmizə qarşı yönələn təhdidlərə qarşı həmrəyliyimizi qoruyaq. Belə günlərdə əl-ələ verərək dövlətimizə dəstək olmalıyıq”, - deyə K.Abdullayev əlavə edib.
Müxbir - Fidan Əlizadə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:31]
Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib
- 14.10.2026 [16:43]
Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür
- 14.10.2026 [16:03]