İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
Budapeşt, 14 oktyabr, AZƏRTAC
İspaniyanın “Vilyarreal” klubunun macar qapıçısı Peter Qulaçi ailəsi ilə birlikdə yaşadığı evdə silahlı basqına məruz qalıb.
AZƏRTAC xəbər verir ki, hadisə bu gün səhər saatlarında Valensiya şəhərinin şimalında yerləşən Pusol qəsəbəsində baş verib. Həmin vaxt futbolçu həyat yoldaşı və iki övladı ilə evdə olub. Xoşbəxtlikdən hadisə zamanı ailə üzvlərindən heç biri xəsarət almayıb.
İspaniya mətbuatının məlumatına görə, baş verənlər qapıçıya ciddi psixoloji təsir göstərib. Buna görə də o, “Vilyarreal”ın UEFA Çempionlar Liqasında İtaliyanın “Napoli” komandasına qarşı keçirdiyi oyunda iştirak edə bilməyib.
Klub hadisə barədə müvafiq hüquq-mühafizə orqanlarına məlumat verildiyini və araşdırmaya başlanıldığını bildirib. Basqının təfərrüatları və oğurlanan əşyaların dəyəri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Qulaçi 2026-cı ilin yayında Almaniyanın “RB Leypsiq” klubundan “Vilyarreal”a keçib. Hadisə ilə bağlı araşdırma davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]