Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan nəqliyyat sistemlərinin təhlükəsizliyinin və səmərəliliyinin təmin edilməsi, eləcə də bu sahədə etimad tədbirlərinin təşviqi istiqamətində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayani Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O qeyd edib ki, Bəhreyn dəniz və hava naviqasiyasının təhlükəsizliyinin təmin olunması istiqamətində dəstək göstərməyə hazırdır.
Göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirən Bəhreyn Krallığının xarici işlər naziri tədbirin yüksək səviyyədə təşkilinə və konfransa rəhbərliyinə görə minnətdarlığını ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]