“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasında II turun rəmzi komandasına daxil edilib.
AZƏRTAC xəbər verir ki, “Sofascore” portalı Çexiyanın “Slaviya Praqa” komandası ilə matçdakı çıxışına görə qazaxıstanlı qapıçıya 9,7 bal verib və onu turun ən yaxşı qolkiperi seçib.
Xatırladaq ki, görüş “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Stas Pokatilov matç ərzində 6 seyv edərək komandasının qapısını toxunulmaz saxlayıb. Qapıçı 26 uzun ötürmədən 10-nu dəqiq yerinə yetirib. O, həmçinin 13 dəfə topu ələ keçirib və ümumilikdə 51 dəfə topla təmasda olub. Pokatilovun qapıçı seyvləri üzrə göstəricisi 1,2476 əmsal təşkil edib. Qapıçının inamlı oyunu “Sofascore” tərəfindən 9,7 balla qiymətləndirilib.
Bu, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasında növbəti oyununu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniyanın “Borussiya Dortmund” komandasına qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]