Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik
Bakı, 15 oktyabr, AZERTAC
AQEM-in təsisçi üzvü olaraq, sülh, əməkdaşlıq, dostluq və rifah istiqamətində tərəfdaşlığı dəstəkləyirik. Bu, həmçinin Hindistanın “bütün dünyanın bir ailə olması” fəlsəfəsinə tam cavab verir. Biz inklüziv və konsensusəsaslı çoxtərəfli əməkdaşlığın təşviqini, çoxtərəflilik sisteminin islah olunmasını və qloballaşan dünyada yaranan yeni çağırışlara adekvat cavab verməsini dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O, dünyada genişmiqyaslı dəyişikliklərin və transformasiyaların baş verdiyini, qlobal proseslərin sürətlə dəyişdiyini qeyd edərək deyib: “Yeni təsisatların yaranması qlobal idarəetmədə iştirakı zəruri edir. Eyni zamanda, Qlobal Cənubun da səsi eşidilməlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]
Bakı Bəyannaməsi qəbul edilib
- 15.10.2026 [14:25]