Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır
Ankara, 15 oktyabr, AZƏRTAC
Türkiyənin Qara dənizindəki “Sakarya” yatağından təbii qaz çıxarmaq üçün nəzərdə tutulmuş “Osman Qazi” üzən istehsal platforması yerli qaz tədarükünü ikiqat artıracaq. Hazırda Qara dənizdə qaz hasilatı gündə təxminən 9,5 milyon kubmetrdir, lakin tezliklə 20 milyon kubmetrə çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.
Onun sözlərinə görə, yerli qaz dörd milyon abonentdən səkkiz milyona çatdırılacaq.
Nazir qeyd edib ki, 20 illik istismar müddəti olduğu təxmin edilən “Osman Qazi” platformasının iqtisadi faydası ildə 3,5 milyard dollar təşkil edəcək.
Bayraktar vurğulayıb: “Biz maksimum enerji müstəqilliyinə nail olmağı hədəfləyirik”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]