Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən Mərkəzi Elmi Kitabxanada (MEK) riyaziyyat elmi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru İlham Məmmədovun fəaliyyətinə dair biblioqrafik göstərici tərtib olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstərici alimin anadan olmasının 70 illiyinə həsr olunub.
Nəşr alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixlərini, əsərlərini (müdafiə etdiyi elmi tədqiqat işləri, elmi və publisistik məqalələri), redaktoru və buraxılışına məsul olduğu kitabları, elmi rəhbəri, məsləhətçisi və opponenti olduğu dissertasiya işlərini, həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyatı, eləcə də elmi-ictimai fəaliyyətini əks etdirən internet resurslarını və soraq-axtarış aparatını əhatə edir.
İlham Məmmədov 80-dən çox elmi məqalənin və bir kitabın müəllifidir. Onun rəhbərliyi ilə 16 fəlsəfə doktoru və 1 elmlər doktoru hazırlanıb. Biblioqrafik göstərici riyaziyyatçılar, müvafiq sahə üzrə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssislər, ali və orta məktəb müəllimləri, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]