Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb
Bakı, 15 oktyabr, AZƏRTAC
FIFA və Səudiyyə Ərəbistanının Kiberidman Federasiyası ölkəyə edilən son hücumlar səbəbindən oktyabrın 16-dan 25-dək Ciddədə keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatının final mərhələsini təxirə salıb.
AZƏRTAC “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, təşkilatçılar qərarın regiondakı son hadisələrin və təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra verildiyini bildiriblər. Yeni tarix barədə əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.
Təhlükəsizlik vəziyyəti digər idman tədbirlərinə də təsir edib. Oktyabr və dekabrda keçirilməsi planlaşdırılan “Altı Kral” tennis turniri də təxirə salınıb. Noyabr ayında Ər-Riyadda təşkil edilməsi gözlənilən Asiya Qolf Turu ilə bağlı vəziyyət isə yaxından izlənilir. Asiya Futbol Konfederasiyası da zərurət yaranarsa, Asiya Kubokunun 2028-ci ilə təxirə salına biləcəyini açıqlayıb. Bununla belə, turnirin gələn il yanvarın 7-də başlaması hələlik qüvvədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]