Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır
Bakı, 15 oktyabr, AZƏRTAC
2027-ci ildə Rusiya və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı və işləri üç il ərzində başa çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun 1-ci müavini Sergey Pavlov Astanada keçirilən 8-ci “New Silk Way” Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumunda deyib.
O bildirib ki, layihə üzrə işlər həyata keçirilir, tədqiqat işləri tam sürətlə davam edir.
“Cari ilin əvvəlində başlayan hərbi əməliyyatlar səbəbindən fasilə yaranmışdı. Artıq işlər bərpa olunub”, - deyə S.Pavlov vurğulayıb.
Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentidir və Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tərkib hissəsidir. İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək 162 kilometrlik bu yol Şimali Avropa, Rusiya, Cənubi Qafqaz regionundakı dövlətlərini Körfəz ölkələri ilə əlaqələndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
- 15.10.2026 [11:44]
AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb
- 15.10.2026 [10:56]