Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə 6 ayın yekunlarına dair hesabatın təqdimatı və mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, son 4 ildə təmərküzləşmə faktiki olaraq azalıb, yəni böyük bankların bazar payı kiçilib.
“Kiçik bankların mövqeyi bir qədər yaxşılaşıb. Təmərküzləşmə bütün sistem əhəmiyyətli bankların fəaliyyət göstərdiyi ölkələrdə mövcuddur. Həmin ölkələrdə müəyyən banklar digərləri ilə müqayisədə daha böyük bazar payına malikdir. Dünya üzrə 130-dan çox ölkənin əksəriyyətində bu xarakterik xüsusiyyət müşahidə olunur”, - deyə baş direktor əlavə edib.
Video - Ceyhun Mustafayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]
Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
- 15.10.2026 [11:44]