Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Aqrar Süni İntellekt layihəsi çərçivəsində növbəti mərhələdə sınaq və hazırlanma mərhələsində olan həllərin ilkin işlək versiyalarının tamamlanması, müvafiq informasiya sistemlərinə inteqrasiyası və mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.
O bildirib ki, layihənin icrası kənd təsərrüfatında süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına, su və digər resurslardan səmərəli istifadəyə, aqrar risklərin əvvəlcədən qiymətləndirilməsinə və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.
“Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılması və aqrar sahədə məlumatlara əsaslanan idarəetmənin gücləndirilməsi layihənin əsas prioritetləri sırasındadır”,- deyə nazir müavini vurğulayıb.
Videooperator – Ələkbər Baxşiyev