Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda dəstəklənən məşğulluq modelinin tətbiq olunduğu bəzi nümunələri görmək məni çox sevindirdi. Mən də bütün növ əlilliyi olan insanlar üçün bu imkanın əhəmiyyətini vurğulamaq istəyirəm.
AZƏRTAC xəbər verir ki, bunu İrlandiyalı beynəlxalq ekspert Kristi Linç I Beynəlxalq İnküliziv Məşğulluq Konfransında çıxış edərkən deyib.
"Dəstəklənən məşğulluq sahəsində çalışan çox yaxın dostum bir neçə il əvvəl "Sinif otaqlarından kənarda həyat" adlı kitab yazmışdı. Kitabda belə bir sual qoyulur: Əgər günün sonunda bu gənclər əmək bazarına daxil olmur, özünü reallaşdıran, müstəqil və cəmiyyətimizə töhfə verən fərdlərə çevrilmirlərsə, biz nə üçün xüsusi təhsilə bu qədər vaxt, enerji və vəsait sərf edirik?
Bu, son dərəcə vacib məsələdir. Əgər buna nail ola bilmiriksə, deməli, əlilliyi olan insanlara münasibətdə üzərimizə düşən vəzifəni yerinə yetirməmişik. Biz bunu etməliyik. Bəs buna necə nail ola bilərik?
Bu gün bir sıra işəgötürənlərin çıxışlarını dinləmişəm və onların burada iştirak etməsi məni çox sevindirir. Çünki işəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil", - deyə beynəlxalq ekspert vurğulayıb.