Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
Astana, 15 oktyabr, AZƏRTAC
Qazaxıstanda “New Silk Way” - 8-ci Beynəlxalq Nəqliyyat və Logistika Biznes Forumu keçirilir. Forum Avrasiyada beynəlxalq tranzit marşrutlarının və nəqliyyat infrastrukturunun inkişafına həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbir beynəlxalq nəqliyyat dəhlizlərinin və multimodal daşımaların inkişaf perspektivlərinə, yeni logistika texnologiyalarının tətbiqinə, sərhəd maneələrinin aradan qaldırılmasına, gömrük prosedurlarının təkmilləşdirilməsinə yönəlib.
Forumun məqsədi dövlət qurumlarının, nəqliyyat şirkətlərinin, beynəlxalq maliyyə institutlarının və biznes ictimaiyyətinin nümayəndələrini nəqliyyat-logistika sektorunda əməkdaşlığı müzakirə etmək üçün bir araya gətirməkdir.
“New Silk Way” Qazaxıstanın Nəqliyyat Həftəsi çərçivəsində keçirilir.