Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində aparılan bərpa işləri yekunlaşdırılıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranan güclü sel axınları yolun sözügedən hissəsində yol yatağının dağılmasına və mövcud suötürücü qurğunun zədələnməsinə səbəb olmuşdu.
Aparılan bərpa işləri çərçivəsində zədələnmiş ərazidə torpaq işləri görülüb, sel sularının təhlükəsiz ötürülməsi üçün yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin yol yatağı bərpa olunub, ətraf sahələrdə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib.
Görülən işlər nəticəsində avtomobil yolunun zədələnmiş hissəsi bərpa edilərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]