“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa Kuboku keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişi və qadın klubları arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq və qitənin ən güclü klublarını bir araya gətirəcək.
Azərbaycan mötəbər yarışda 2 klubla təmsil olunacaq.
Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev “Vüqar Həşimov” klubunda çıxış edəcəklər. Klubun kapitanı Sərxan Həşimov olacaq.
Qadınların yarışında isə Azərbaycanı aparıcı şahmatçılarında formalaşan “Odlar Yurdu” klubu mübarizə aparacaq.
“Odlar Yurdu”nun heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]