Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan sədrliyi dövründə iqlimə davamlılığın gücləndirilməsi və yaşıl enerjiyə keçid istiqamətində uğurlu təşəbbüslərlə çıxış edib. Çin tərəfi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir və bu istiqamətdə həyata keçirilən səyləri dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O vurğulayıb ki, AQEM yarandığı gündən etibarən dinc yanaşı yaşamaq prinsipinə sadiq qalıb, çoxtərəfli əməkdaşlığı təşviq edib və Asiyada sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə xidmət edən mühüm platforma olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [14:08]
Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub
- 15.10.2026 [13:38]