Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır
Bakı, 15 oktyabr, AZƏRTAC
Görkəmli sənətkarımızın vəfatından bir il ötsə də, xalqımız onu unutmur və heç vaxt unutmayacaq. Ramiz Quliyev Azərbaycan musiqi sənətində elə dərin iz qoyub ki, yüz illər keçsə belə, insanların qəlbində yaşayacaq. O, hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmağı bacaran sənətkarlardan idi. Belə sənətkarlar yüz ildə bir dünyaya gəlir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov söyləyib.
O qeyd edib ki, zaman keçdikcə Azərbaycan mədəniyyəti görkəmli sənətkarlarını bir-bir itirir. Lakin onların zəngin yaradıcılıq irsini yaşadan, sənət ənənələrini gələcək nəsillərə ötürən layiqli davamçılarının olması sevindirici haldır.
“Ramiz Quliyevin sənət yolunu bu gün onun oğlu, dirijor Əyyub Quliyev layiqincə davam etdirir. İnanıram ki, böyük sənətkarın adı, yaradıcılığı və Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin irs əsrlər boyu yaşayacaq, gələcək nəsillər üçün örnək olacaq”, – deyə Xalq artisti vurğulayıb.
Müxbir – Günel Alıyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]