Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır
Bakı, 15 oktyabr, AZERTAC
İştirakçı ölkələr mahiyyət etibarilə, bəziləri isə coğrafi baxımdan da Avrasiya ölkələridir. Vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaq, onun potensialından qitə üzrə iqtisadi artımın və rifahın təmin olunması üçün istifadə etməkdir. Rusiya AQEM-in konkret nəticələrə yönəlmiş praqmatik əməkdaşlıq formatı kimi inkişafını həmişə dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 7-ci Zirvə Toplantısında formalaşan konstruktiv atmosfer bu gün geniş və praqmatik əməkdaşlığa ümumi sadiqliklə şərtlənir. “AQEM öz tərkibinə görə yalnız “özününkülər” üçün fayda və rahatlıq prinsipi üzərində qurulan müxtəlif növ süni siyasi formatlardan və bloklaşma yanaşmalarından uzaqdır”, - deyə S.Lavrov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:22]
Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır
- 15.10.2026 [15:14]
Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb
- 15.10.2026 [15:07]