Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.