Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində 2027/2028-ci illər lisenziyalaşdırma mövsümünə həsr olunmuş açılış iclası keçirilib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadla xəbər verir ki, iclasda AFFA-nın əməkdaşları, Azərbaycan Premyer Liqası, I və II Liqası, eləcə də Qadınlar Super Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.
İclasda ötən mövsümün icmalı, Lisenziya və Qeydiyyat departamentinin yenilənmiş təşkilati strukturu, rəsmi sənədlərdə və lisenziyalaşdırma qaydalarında edilən dəyişikliklər, həmçinin klubların növbəti mərhələdə atmalı olduqları addımlarla bağlı təqdimatlar keçirilib.
Tədbirin sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.