Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
Budapeşt, 15 oktyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdəki iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub.
AZƏRTAC xəbər verir ki, “Daily News Hungary” nəşrinin məlumatına görə, Kontyfa ibtidai və orta məktəbi, eləcə də Peştuyhey ibtidai məktəbi təhdid məktubları alıb. Məktublar yerli polis bölməsinə də göndərilib.
Oktyabrın 15-də səhər saatlarında polis əməkdaşları hər iki məktəbin binalarında axtarışlara başlayıblar. Şagirdlərin və məktəb əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Uşaqlar Peştuyhey İcma Mərkəzinə və Hartyan ibtidai məktəbinə yerləşdiriliblər.
Kontyfa məktəbinin rəhbərliyi valideynlərə müraciət edərək, mümkün olduğu təqdirdə, uşaqları məktəbə gətirməməyi xahiş edib. Məktəbdə nəzarət altında olan şagirdlərin valideynlərindən onları götürmələri istənilib.
Hədələrin məzmunu və polis axtarışlarının nəticələri barədə əlavə məlumat açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]