Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Amerikalı üçqat dünya çempionu olan fiqurlu konkisürən İlya Malinin 2026-cı il Qış Olimpiya Oyunlarında qısa proqramda çıxış etdiyi kostyumu Olimpiya Muzeyinə bağışlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə muzeyin sosial şəbəkə hesablarında paylaşım edilib.
İdmançı Milan və Kortina-d’Ampetsoda keçirilmiş Oyunlarda fərdi yarışda 8-ci yeri tutsa da, komanda yarışında qızıl medal qazanıb.
“Proqramlarımdan birində geyindiyim kostyumun Olimpiya Muzeyinin kolleksiyasına daxil olacağını heç vaxt düşünməmişdim. Uşaqlıqda Olimpiya Oyunlarında iştirak etməyi arzulayırdım. Bu arzumu gerçəkləşdirdiyim və qızıl medal qazandığım üçün qürur duyuram. Sevimli proqramlarımdan birində geyindiyim kostyumu bağışlamaq, onun qorunacağını və muzeydə nümayiş etdiriləcəyini bilmək mənim üçün çox önəmlidir”, – deyə Malinin Olimpiya Muzeyinin sosial şəbəkə hesablarında yayımlanan açıqlamasında bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]