İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
Bakı, 16 oktyabr, AZƏRTAC
Argentina millisinin sabiq futbolçusu Lionel Messi 2004-cü il oktyabrın 16-da İspaniyanın “Barselona” komandasının heyətində ilk rəsmi oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, həmin vaxt 17 yaşı olan hücumçu La Liqada Kataloniya derbisi çərçivəsində “Espanyol”la keçirilən görüşdə debüt edib. Frank Raykardın rəhbərlik etdiyi komanda rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Argentinalı ulduz 82-ci dəqiqədə komandasının yeganə qolunun müəllifi olan portuqaliyalı yarımmüdafiəçi Dekonu əvəzləyərək meydana daxil olub.
Qeyd edək ki, Lionel Messi 2003–2021-ci illərdə “Barselona” klubunun formasını geyinib. Bu müddət ərzində Kataloniya təmsilçisinin heyətində 778 rəsmi oyunda meydana çıxıb və 672 qola imza atıb. Messi “Barselona” ilə zəngin titul kolleksiyası qazanıb. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya Kral Kubokunun və 8 dəfə İspaniya Superkubokunun qalibi olub. Bundan əlavə, futbolçu 4 dəfə UEFA Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda və 3 dəfə FIFA klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.
Messi Kataloniya turnirlərində də uğurlar əldə edib. Onun aktivində 4 Kataloniya Kuboku və 2 Kataloniya Superkuboku var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]