“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Bakı, 15 oktyabr, AZƏRTAC
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” batareyaların yanma riski ilə əlaqədar minlərlə elektrikli avtomobili geri çağırmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Məlumata görə, 2023-2025-ci illərdə istehsal olunan “VW ID.3”, “ID.4”, “ID.7”, “ID. Buzz” və “Cupra Born” modellərində yüksəkgərginlikli batareya elementlərinin istehsal qüsuru aşkarlanıb. Bu nasazlıq bəzi hallarda batareyanın həddindən artıq qızmasına və yanğına səbəb ola bilər.
ABŞ-də artıq 22 mindən çox “ID.4” avtomobili problemdən təsirlənib. Şirkət Almaniya və digər bazarlarda geri çağırış tədbirlərini hazırlayır.
Təhlükəsizlik məqsədilə nasaz avtomobillərin batareyalarının enerji ilə doldurulma səviyyəsi proqram təminatı vasitəsilə 80 faizlə məhdudlaşdırılıb. Problemin aradan qaldırılması üçün proqram yenilənməsi və ya digər texniki tədbirlər görülə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]