Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
Berlin, 15 oktyabr, AZƏRTAC
Almaniya parlamenti (Bundestaq) ölkənin Hərbi Dəniz Qüvvələrinin Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi “EUNAVFOR Aspides” əməliyyatında iştirakının uzadılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, mandatın müddəti 2027-ci il oktyabrın 31-dək uzadılıb. Əməliyyatda iştirak edəcək alman hərbçilərinin say həddi dəyişməyərək 350 nəfərədək saxlanılıb.
Missiyanın əsas məqsədi Qırmızı dənizdə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək və Yəməndəki husilərin ticarət gəmilərinə hücumlarından qorunmağa kömək etməkdir.
Almaniyanın əməliyyata töhfəsinə Yunanıstanın Larissa şəhərindəki qərargahda və missiyanın komanda gəmisində qərargah heyətinin iştirakı, həmçinin havadan dəniz məkanının müşahidəsi üzrə müntəzəm uçuşlar daxildir. Almaniyanın dəniz qüvvələrinin əməliyyata cəlb olunması imkanı da saxlanılır.
Qeyd edək ki, 2023-cü ilin noyabrından davam edən hücumlar beynəlxalq ticarətə ciddi təsir göstərir. Təhlükəsizlik riskləri səbəbindən bəzi gəmiçilik şirkətləri Qırmızı dəniz və Süveyş kanalı marşrutundan yayınaraq Afrikanın cənubundakı Ümid burnu ətrafından hərəkət edir. Bu isə daşımaların həftələrlə gecikməsinə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]