Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunur.
Sənəd layihəsinə görə, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:13]
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO
- 16.10.2026 [12:06]
Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
- 16.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [12:01]
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
- 16.10.2026 [11:41]
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]