Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
Bakı, 16 oktyabr, AZƏRTAC
Qırğız Respublikasının Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası ilk dəfə olaraq İctimai Müşahidə Mərkəzi yaradır və burada seçki məntəqələrindən videoyayımlar səsvermə günündə real vaxt rejimində izlənilə bilər.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, oktyabrın 16-da Komissiya yaradılacaq Mərkəzin iş prosedurlarını təsdiqləyib. Onun əsas məqsədi seçki prosesinin şəffaflığını təmin etmək və səsvermə prosesini videoyayımlar vasitəsilə izləmək imkanı yaratmaqdır.
Müəyyən edilmiş tələblərə uyğun olaraq, Mərkəz vətəndaşlar, media nümayəndələri, beynəlxalq və yerli müşahidəçilər, digər maraqlı tərəflər üçün açıq olacaq. Prosedurlara ziyarətçilərin qeydiyyatı, müvəqqəti nişanların verilməsi və videoyayımlara baxmaq qaydaları daxildir.
Ziyarətçilərə təşviqat aparmaq, avadanlıqlara müdaxilə etmək və ya ictimai asayişi pozmaq qadağandır. Təşviqat məqsədləri üçün videoyayımlardan istifadə və seçicilərin iradə ifadələrinin məzmununu müəyyən etməyə yönəlmiş hər hansı hərəkətlər də yolverilməzidir.
Komissiya, həmçinin 2027-ci ilin yanvarında keçiriləcək prezident seçkiləri üçün 81 media orqanını qeydiyyatdan keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]